Çəkiliş zamanı valyuta dəyişmə məntəqələrində kifayət qədər sıxlığın olduğunu da müşahidə etdik. Əllərində olan pulu sərfəli şəkildə mübadilə etmək istəyənlər bununla bağlı heç bir problem yaşamırlar. Valyutadəyişmə məntəqəsinin əməkdaşı Fuad Quliyev: “Problem yoxdur. Alışı da satışı da normal həyata keçiririk. Hər şey rəsmidir. Bankın əməkdaşları da gəlirlər yoxlayırlar kifayət qədər valyuta var. Müştərilərimizi narazı salmırıq”
Pullarını dəyişmək istəyən vətəndaşlardan müsahibə almaq cəhdlərimiz isə boşa çıxdı.
Milli Bankın rəsmi açıqlamasına görə, 1 dollarin rəsmi məzənnəsinin 1 manat 5 qəpik səviyyəsində müəyyən edilməsində məqsəd iqtisadiyyatin şaxələndirilməsi, yerli istehsalın stimullaşdırılması, ixrac potensialının və Azərbaycanda istehsal edilmiş malların rəqabət qabiliyyətinin artırılmasıdır.
Mənbə: ANS PRESS