Qadin.NET / Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb

Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb

 

Bakının valyuta bazarında böyük gərginlik yaşanır.Ans press-in məlumatına görə, ABŞ dolları və avronun bahalaşması əhalinin valyutadəyişmə məntəqələrinə axın etməsi ilə nəticələnib.İnsanların bəziləri bu artımın davam edəcəyini, bəziləri isə bir müddət sonra xarici valyutanın yenidən ucuzlaşacağını düşünür.Bu fərziyyələrlə banklara üz tutanlardan bəziləri isə əliboş qayıtmalı olurlar. Çünki hələlik bəzi banklar rəsmi şəkildə valyutadəyişmə xidmətləri göstərmir.Anspress bir neçə bankda olub. Öyrəndik ki, bankların çoxu valyutadəyişmə xidmətini dayandırıb.Lakin kiçik valyutadəyişmə məntəqələrində dəyişiklik özünü göstərirdi. Banklardan fərqli olaraq burada həm dollar, həm də avro alınıb-satılırdı.Dəyişikliyə əsasən, indi kiçik məntəqələrdə ABŞ dollarının alışı 1.0485, satışı 1,0530, avronun isə alışı 1,183, satışı isə 1,207 manat idi.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Eyni qərarla 1 avronun rəsmi məzənnəsi 1.19 AZN səviyyəsində müəyyən edilib.

Mənbə: Milli.Az

21 fevral 2015
GO BACK