Qadin.NET / Bakıya qar yağacaq

Bakıya qar yağacaq

 

Bakıya qar yağacaq

Həftənin son günün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Mənbə: ANS PRESS

21 fevral 2015
GO BACK