Qadin.NET / Manatla bağlı xoş xəbər

Manatla bağlı xoş xəbər

 

Manatla bağlı xoş xəbər

Azərbaycanda milli valyutanın məzənnəsinin dəyişməsi qlobal iqtisadiyyatda baş verən proseslərə təbii reaksiyadır.ANS PRESS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Eldar İsmayılov deyib.
Onun sözlərinə əsasən, bu, manatın məzənnəsinin adi dəyişməsidir və qlobal iqtisadiyyatda baş verən makroiqtisadi proseslərə təbii reaksiyadır: "Manat buna reaksiya verməyə bilməz, lakin manatın zəifləməsindən danışmaq düzgün deyil".
E.İsmayılov qeyd edib ki, Rusiya və digər qonşu ölkələrdə baş verən proseslərin analogiyasını Azərbaycana tətbiq etmək lazım deyil: "Azərbaycan iqtisadiyyatı olduqca sabit və davamlı struktura malikdir. Və manatın məzənnəsinin əhəmiyyətli dəyişməsi mümkün deyil. Azərbaycanın 50 milyard dolları ötən maliyyə "yastığı" var. Niyə insanları yanlışlığa sövq edirlər? Çaxnaşma ən böyük düşməndir və onu bizə kənardan yeridirlər".
Ekspert əlavə edib ki, manatın məzənnəsinin dəyişmələri olacaq, lakin Azərbaycan Mərkəzi Bankı və hökumət spekulyasiya fəaliyyətlərinə yol verməyəcək.

 

Mənbə: ANS PRESS

21 fevral 2015
GO BACK