Amerika Birləşmiş Ştatlarının şərq hissəsində bir neçə ştatda rekord həddə şaxtalar qeydə alınıb. ANS PRESS-in məlumatına görə, Pensilvaniya ştatında tempraturun mənfi 27 dərəcəyə düşdüyü bildirilir.
Şaxtalar Delaver çayının donmasına səbəb olub. Çayda üzən bərə gəmiləri sahilə yan ala bilmədiyi üçün yedək gəmilərə qoşulublar.
Oxşar vəziyyət Alabama, Corciya və Massaçusets ştatlarında da müşahidə olunub. Hər iki ştatda məktəblərdə tətil elan olunub. Boston şəhəridə elektrik təminatı ilə əlaqədar problemlər yaşanıb.
Mənbə: ANS PRESS