Adolf Hitlerin "Mein Kampf" kitabı yenidən nəşr ediləcək.Mühhendəki Müasir Tarix İnstitutunun araşdırmaçıları bunu 2016-cı ildə həyata keçirməyi planlaşdırırlar.Bu, II Dünya müharibəsindən sonra kitabın ilk nəşri olacaq. Kitab iki cilddən və 2 mindən çox səhifədən ibarət olacaq. İlk 780 səhifədə 1925-ci ildə yazılmış kitabın 27 başlığı dərc ediləcək.Qalan səhifələrdə isə araşdırmaçıların şərhləri yer alacaq.
Bununla da kitab nasizmi təbliğat etmək əvəzinə onu qınayacaq. Qeyd edək ki, Hitler kitabı həbsxanada olarkən yazıb.
Mənbə: ANS PRESS