Səudiyyə Ərəbistanın yeni kralı Salman bin Əbdüləziz taxta çıxamısının şərəfinə xalqa 28 milyard avro paylayacaq. ANS PRESS-in məlumatına görə, Kral qərar çıxarıb ki, dövlət qurumlarında çalışan bütün məmurlar, əsgər, təqaüdçülər və dövlətin dəstəyilə təhsil alan tələbələrə iki dəfə artıq maaş verilsin. Səudiyyə Ərəbistanında bir məmur 2100 avro maaş alır. Kralın qərarından sonra məmurlar 4200 avro mükafat alacaqlar.Kral idman klublarını və mədəniyyət dərnəklərini də yaddan çıxarmayıb. Belə ki, bu qurumlarda da çalışanlar 28 milyarddan pay alacaqlar.Qeyd edək ki, Kral Salmanın mükafat kimi ayırdığı 28 milyard dollar Litva hökumətinin illik büdcəsinə bərabərdir.
Xatırladaq ki, Kral Salman ötən ay Kral Abdulla dünyasını dəyişəndən sonra taxta çıxıb.
Mənbə: ANS PRESS