ABŞ Dövlət Departamenti Ukraynanın şərqində gedən döyüşlərlə bağlı açıqlama verib.ANS PRESS-in məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, rəsmi Vaşinqton Rusiyanın dəstəklədiyi separatçıların iştirakı ilə gedən hərbi əməliyyatlardan narahatdır.Psaki bildirib ki, rəsmi Moskva Minskdə əldə olunan razılaşmanı pozarsa, bu Rusiyaya baha-başa gələcək.
"ABŞ Ukrayna münaqişəsini daim gündəmdə saxlayır. Vaşinqton Rusiyaya təsir etmək üçün bütün rıçaqlara malikdir", - deyə Psaki bildirib.
ABŞ rəsmisinin bu açıqlamanı Rusiya prezidenti Vladimir Putinin Ordu günündə verdiyi bəyanatla eyni gündə verməsi diqqət çəkir. Putin bildirmişdi ki, heç bir ölkə Rusiyanı hərbi yolla qalib gələcəyi barədə illüziyalara qapılmasın. Rusiya istənilən təzyiqlərə adekvat cavab verməyə qadirdir.
Mənbə: ANS PRESS