Qadin.NET / Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq

Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq

 

Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq

Bir neçə gün əvvəl 70 yaşını qeyd edən məhşur azərbaycanlı Polad Bülbüloğlunun qonşu ölkədə yubiley konserti keçiriləcək.ANS PRESS-in məlumatına görə, Tbilisi şəhərinin mədəni inkişafındakı xidmətləri oluğu üçün diplom və Tbilisinin fəxri vətəndaşı medalı təqdim edilən Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar-müğənni Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı bu gün Tbilisidə möhtəşəm konsert proqramı baş tuacaq. “Fevralın 21-i saat 19:00-da Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr edilən konsert keçiriləcək. Tədbirdə Tbilisi simfonik orkestri də iştirak edəcək. Gecənin əsas drijoru isə Azərbaycanın Xalq artisti Cavanşir Cəfərov olacaq” – deyə Gürcüstan mədəniyyət nazirliyinin yaydığı məlumatda bildirilir. 
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olan azərbaycanlı bəstəkar burada bir sıra görüşlər keçirməklə yanaşı, eləcə də dahi bəstəkar Bülbülün büstünün açılışında iştirak edib

 

Mənbə: ANS PRESS

21 fevral 2015
GO BACK