Qadin.NET / Daha bir erməni həyasızlığı

Daha bir erməni həyasızlığı

Daha bir erməni həyasızlığı
Dünyanın məşhur “Starbucks” kofe şəbəkələrinin satış mərkəzində olan Türkiyə bayrağı erməniləri narahat edib. 
ANS PRESS-in məlumatına görə, hadisə Kaliforniya ştatının Los Angeles şəhərində baş verib. 
Bildirilir ki, kofe şəbəkəsi satış şöbəsinin olduğu ölkələrin tanıdılmsına dəstək verir. Bu çərçivədə şəhərdəki bir çox satış mərkəzinin divarlarında, əllərində “Starbucks” stəkanı olan ənənəvi Anadolu paltarları geyinmiş qadın şəkillərinin yanında Türkiyə bayrağı olan şarlar erməniləri narahat edib. Qadınların əyinlərində olan paltarların özlərinə aid olduğunu iddia edən erməni diasporu bu vəziyyətə etiraz etmək üçün işə başlayıb. 
Bu məqsədlə Amerikada olan “Amerika milli erməni komitəsi” (Armenian National Comittee of America -ANCA) social şəbəkədə kampaniya başladıb. Facebook və tvitterdə başladılan kampaniyada 3.7 milyon əhalisi olan Los Angelsdə 446 000 erməni yaşadığı xatırladılıb və “Starbucks”un qəsdən belə bir addım atdığı qeyd edilib. 
“Starbucks” isə açıqlama yayaraq ermənilərdən üzr istəyib və Türkiyə bayraqlarını yığışdırdığını açıqlayıb. 
“Erməni müştərilərimizə verdiyimiz narahatlıq üçün üzr istəyirik”. 
Bundan başqa şirkət rəsmiləri fəaliyyət göstərdikləri ölkələrin ənənəvi xüsusiyyətlərinin tanıdılması üçün belə addım atdıqlarını qeyd edərək Türkiyəni tanıdan atributları yığışdırıb. 

Mənbə: ANS PRESS

21 fevral 2015
GO BACK