Rusiya iqtisadiyyatı batır
Moody's Beynəlxalq Reytinq Agentliyi Rusiya ilə bağlı növbəti qərarını açıqlayıb.ANS PRESS-in məlumatına görə, Rusiyanın suveren kredit reytinqi "Baa3"dən "Ba1"ə endirilib. Əsas səbəb kimi Ukrayna böhranı, neftin qiymətinin, rublun məzənnəsinin düşməsi göstərilib.Bundan başqa agentlik 2015 - 16-cı illərdə Rusiyadan 400 milyard dollar həcmində kapitalın çıxarılacağını proqnozlaşdırır. Rusiya Maliyyə Nazirliyindənsə bildiriblər ki, belə pessimizmə əsas görmürlər.
Mənbə: ANS PRESS
21 fevral 2015
GO BACK