Qadin.NET / Futbol azarkeşlərinin peyğəmbər sevgisi

Futbol azarkeşlərinin peyğəmbər sevgisi

Futbol azarkeşlərinin peyğəmbər sevgisi
Səudiyyə Ərəbistanında keçirilən futbol qarşılaşmasında azarkeşlər İslam peyğəmbəri həzrəti Muhammədə (S) öz sevgilərini nümayiş etdiriblər. ANS PRESS-in məlumatına görə, hadisə “əl İttihad” komandası ilə “əş Şölə” komandası arasında keçirilən qarşılaşmada baş verib. Qarşılaşma başlayacağı zaman tribunada oturan azarkeşlər ərəbcə “Habibi Ya Rasulallah” (Ш­ШЁЩЉШЁЩЉ ЩЉШ§Ш±ШіЩ€Щ„ Ш§Щ„Щ„Щ‡ - Rəsulullahı sevirik) yazıblar. 
Peyğəmbər sevgisini tərənnüm etdirən bu kompozisiya digər azarkeşlər tərəfindən də alqışlarla qarşılanıb. 
Qarşılaşma isə 3-2 hesabla “əl İttihad”ın qələbəsi ilə başa çatıb. 

Mənbə: ANS PRESS

21 fevral 2015
GO BACK