Qadin.NET / Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq

Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq

 

 

Avropada radikal islamçıların reallaşdırdıqları bir sıra teraktlar, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının girovlarla əsirləri son vaxtlar diri-diri yandıraraq edam etmələri dünya birliyini terror təhlükəsini yenidən dəyərləndirməyə vadar edib.
ABŞ isə İŞİD-ə qarşı çoxdan gözlənilən əməliyyata hazırlaşır.
Milli.Az The Financial Times-a istinadən bildirir ki, hazırda amerikalı hərbçilər İraqda 20 min iraqlı ərəb və kürd hərbçilərə təlim keçirlər. Onlar baharın sonlarında - yayın əvvəllərində İraqdakı Mosul şəhərinə hücuma keçəcəklər.
Məqsəd Mosulu İŞİD-dən azad etməkdir.
Əməliyyatda amerikalı hərbçilərin iştirakı da gözlənilir.
ABŞ kəşfiyyatının hesablamalarına görə, Mosulda İŞİD-in 2 minə yaxın terrorçusu var.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Martin Dempsi deyib: "Mosulla bağlı keçiriləcək əməliyyatda müəyyən sayda amerikalı hərbçilərin iştirakını dəstəkləyirik. Son sözü prezident Barak Obama deməlidir".
Mənbə: Milli.Az
20 fevral 2015
GO BACK