Sinoptiklərdən xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində küləyin sürətinin daha da güclü olacağı gözlənilir.Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.Yollar buz bağlayacaq.Mənbə: Milli.Az
20 fevral 2015
GO BACK