Qadin.NET / Elnur yenidən "Eurovision"a qatılacaq?

Elnur yenidən "Eurovision"a qatılacaq?

Qafqazinfo-nun məlumatına görə, bu haqda Türkiyənin “Posta” qəzeti məlumat yayıb.Qəzet bildirir ki, Elnur tamaşaçılardan 1 milyonun üzərində səs toplayaraq yarışmanın 4 illik tarixində rekord qırıb. Ayrıca ölkəsindən şad xəbər alıb. 
Daha sonra qəzet iddia edir ki, azərbaycanlı səlahiyyətlilər “O səs Türkiyə”dəki performansı ilə diqqət çəkən Elnur Hüseynovu mayda keçiriləcək “Eurovision” mahnı yarışmasına göndərməyə qərar veriblər”.
Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə “Day after day” mahnısı  ilə Azərbaycanı təmsil edib və  8-ci olub. 

Mənbə: Milli.Az

20 fevral 2015
GO BACK