Qadin.NET / Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu təxirə salındı

Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu təxirə salındı

Azərbaycanda bu il üçün həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-na kimi təxirə salınıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start verilməsi

planlaşdırılsa da, müvafiq hazırlığın başa çatmaması üzündən təxirə düşüb.
Bunun səbəbləri arasında daha çox, ziyarətin təşkili ilə bağlı qiymətlərin hələ müəyyənləşdirilməməsidir. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.
Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.

Mənbə: Milli.Az

20 fevral 2015
GO BACK