Əgər dünyada insanların sayını bu günkü movcud duruma uyğun 100 nəfərə qədər ixtisar etsələr çox maraqlı bir mənzərə alınır. Sosioloqlar dünya əhalisinin sosial və maddi durumunu, irqi mənsubiyyətini, yaşadıqları məkanları, cinsi orentasiyasını və bütövlükdə ümumi vəziyyətini dada aydın görmək üçün maraqlı bir hesablama aparıblar.
Milli.Az modern.az-a istinadən mövzu ilə bağlı maraqlı faktları təqdim edir.
Beləliklə, əhalinin mövcud sayı eyni praporsiyaya uyğun 100 nəfərə endirilsə, bu 100 nəfərdən 57-si asiyalı, 21 nəfəri
avropalı, 14-ü amerikalı, 8 nəfəri isə afrikalı olacaq.
100 nəfərin arasında qadınlar üstünlük təşkil edəcək. Onların sayı 52, kişilərin sayı 48 nəfər olacaq.
100 nəfərdən 30 nəfəri ağdərili, 70 nəfəri isə başqa irqlərin payına düşəcək.
100 nəfərdən 11 nəfəri homoseksual olmağı ilə fərqlənəcək.
100 nəfərdən 6 nəfəri dünyanın bütün var-dövlətinin 59 faizinə sahib olacaq ki, onların 6-sı da Amerika Birləşmiş Ştatlarının vətəndaşları olacaq.
100 nəfərdən 80 nəfərinin mənzil şəraiti qənaətbəxş olmayacaq.
100 nəfərdən 70 nəfəri savadsız olacaq.
100 nəfərdən cəmisi 1 nəfərin kompüteri olacaq.
100 nəfərin arasında yalnız bir nəfər yüksək ali təhsilə malik olacaq.
Dünya əhalisinin ümumi vəziyyəti hazırda belə bir durumdadır. Sadəcə bu statistikanın kicildilmiş formasıdır və bu ststistikada ümumi mənzərə daha aydın görünür.
Mənbə: Milli.Az