Qadin.NET / Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi

Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi

 

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. 
Milli.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.

Mənbə: Milli.Az
19 fevral 2015
GO BACK