Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına vizaların verilməsində mümkün yubanmalarla bağlı məlumat yayıb.Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, İstanbula güclü qar yağması nəticəsində onlarla şəhərə, o cümlədən Bakıya bir sıra reyslər ləğv edilib.
Buna görə də vizaların əldə edilməsi ilə əlaqədar vizaların verilməsində və ya İstanbula müraciətin göndərilməsində müəyyən yubanmalar yarana bilər.
Azərbaycan vətəndaşlarına vizaların verilməsinə hazırda İstanbulda yerləşən prosessinq mərkəzində baxılır. Səfirlik vizaların verilməsi məsələsi üzrə yenilikləri izləməyi tövsiyə edir.
Mənbə: Milli.Az