Qadin.NET / Ordumuzda qadınlar hansı sahədə xidmət aparırlar?

Ordumuzda qadınlar hansı sahədə xidmət aparırlar?

 

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 1000 nəfərə yaxın qadın hərbi xidmət keçir.

Bu barədə APA-ya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hazırda qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq və digər sahələrdə hərbi xidmət keçirlər.
Nazirlikdən bildirilib ki, döyüş əməliyyatları zonasında (cəbhə xəttində) qadın hərbçilər xidmət keçsələr də, birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar. 

Mənbə: Milli.Az

19 fevral 2015
GO BACK