ANS TV-nin məlumatrına görə, qarlı hava şəraiti şimal bölgəsində iki gündür davam edir. Ən çox qar Quba və Qusar rayonlarına yağıb. Qarın hündürlüyü bəzi yerlərdə 10-15 sm-ə çatır. Yollar buz bağlayıb. Nəqliyyatın hərəkəti nisbətən məhdudlaşsa da yollar bağlanmayıb.
Quba ərazi Hidrometriologiya Müəssisəsindən bildirilib ki, ən çox şaxta Qusarın Ləzə kəndindədir ki, burada şaxta 14 dərəcə təşkil edir. Qusarın rayon mərkəzində isə şaxta 8 dərəcədir.
Mənbə: ANS PRESS