Qadin.NET / Hava xəbərdarlığı edildi

Hava xəbərdarlığı edildi

Hava xəbərdarlığı edildi
Soyuq və şaxtalı hava fevralın 23-ə qədər davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Şimal-qərb küləyi güclənəcək.
Temperatur gündüz 1-4 dərəcə isti, gecə 0 dərəcəyə yaxın olacaq.
Rayonlarda da qərb rayonlarından başlayaraq hava yağıntılı keçəcək, sulu qar, qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi güclənəcək.
Temperatur aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, güdüz 2-5 dərəcə isti, dağlıq rayonlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 20-si axşamdan başlayaraq 23-ə qədər ölkədə hava kəskin dəyişəcək. Soyuq və güclü küləkli hava müşahidə olunacaq, fasilələrlə yağıntı, qar olacaq.
İlkin proqnoza əsasən, fevralın 20-də günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Fevralın 21-də küləyin güclü olacağı ehtimal edilir. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.
Fevralın 20-si qərb rayonlarından başlayaraq, ayın 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.
Fevralın 21-də və 22-də Bakıda və Avbşeron yarımadasında temperaturun gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir. Rayonlarda yollar buz bağlayacaq.

Mənbə: ANS PRESS

19 fevral 2015
GO BACK