Qadin.NET / Ukrayna bu şəhəri itirdi

Ukrayna bu şəhəri itirdi

 

Ukrayna bu şəhəri itirdi

Həftələrdir şiddətli döyüşlərdən sonra Rusiya tərəfdarı separatçılar Ukraynanın şərqində Debaltsevo şəhərinin nəzarətini ələ alıb. 
ANS PRESS-in məlumatına görə, Kiyev hökuməti Ukrayna hərbi qüvvələrini şəhərdən çıxarıb.
Üsyançılar separatçıların Luqansk və Donetski birləşdirən strateji şəhərin ələ keçirilməsini Debaltsevoda bayraqlarını sancaraq qeyd edib.
Ukrayna prezidenti Petro Poroşenko üsyançıların hökumət qüvvələrinin yüzlərlə üzvünü ələ keçirməsindən sonra Ukrayna əsgərlərinin Debaltsevodan çıxması haqda əmr verib. Poroşenko Ukrayna əsgərlərinin 80 faizinin şəhəri tərk etdiyini, qalanların isə onların ardınca şəhərdən çıxdığını bildirib.
Prezident Poroşenko deyib ki, əsgərlərin çıxarılması separatçıları dəstəklədiyinə görə Rusiya üzərində ləkədir. Lakin 8 min əsgəri mühasirədə saxlayaraq onların ölümünə səbəb olması Poroşenko tərəfindən humanist bir addım olaraq qalır.
Qeyd edək ki, Debaltsevoda faktiki olaraq mühasirəyə alınmış Kiyev hərbi qüvvələri şəhərdən öz silahları ilə çıxıb. Bunu isə separatçı tərəfin güzəşti kimi qələmə vermək olar.
Ekspertlərin fikrincə Debaltsevoda döyüşlərin bitməsi tərəfləri Minsk danışıqlarında götürülən öhdəlikləri yerinə yetirməyə doğru aparacaq.

 

Mənbə: ANS PRESS

19 fevral 2015
GO BACK