Qadin.NET / NATO Putinə xəbərdarlıq etdi

NATO Putinə xəbərdarlıq etdi

 

NATO Putinə xəbərdarlıq etdi

Rusiya Debaltsevo şəhərində Ukrayna ordusuna qarşı ən müasir silahlardan istifadə edib.
ANS PRESS-in məlumatına görə, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edən Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.
"Rusiya öz ordusunu Ukraynanın şərqindən çıxarmalı, Minsk razılaşmasına hörmətlə yanaşmalı və separatçılara dəstəyi dayandırmalıdır", - deyə Stoletenderq bildirib.
Baş katib bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi sonuna qədər davam etdirəcək.

 

Mənbə: ANS PRESS

19 fevral 2015
GO BACK