Qadin.NET / "Gözü yaşlı Xocalım"

"Gözü yaşlı Xocalım"

"Gözü yaşlı Xocalım"
Xocalı soyqırımı Türkiyədə təşkil edilən "Gözü yaşlı Xocalım" sərgisində anılacaq.
ANS PRESS-in məlumatına görə, sərgi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı fevralın 27 və 28-də İstanbul Milli Sarayalar Muzeyində keçiriləcək. Tədbirdə "Yarat" Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə bir sıra rəssamların əsərləri nümayiş etdiriləcək. Həmin rəssamlar içərisində Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov, Anar Hüseynzadə və Rıza Xəzərinin adları qeyd olunur.
Sərgidə italyan sənətçi Alessandro Safinanın mahnıları da səsləndiriləcək. Anım tədbirində bir sıra Azərbaycan və Türkiyə siyasət və incəsənət nümayəndələrinin qatılacağı da gözlənilir. İki günlük sərginin keçirilməsində məqsəd Xocalı həqiqətlərini dünyaya çatdırmaq və faciənin "soyqırım" olaraq tanınmasını təmin etməkdir.

Mənbə: ANS PRESS

18 fevral 2015
GO BACK