Qadin.NET / "Benzinin qiyməti düşəcək"

"Benzinin qiyməti düşəcək"

 

 

"A95 benzini ölkədə istifadə olunan benzinin 6 faizini təşkil edir".
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında SOCAR-ın vitse-prezidenti Davud Məmmədov deyib. Onun sözlərinə görə, neft emalı zavodunda yenidənqurma işləri bitdikdən sonra idxal dayandırılacaq:
"Hazırda daxildə istehsal olunan benzin ölkəni tam təmin edə bilmir. Biz neft emalı zavodunda yenidənqurma işlərinə başlayacağıq. Bu işlər təxminən 2018-2019-cu illərdə yekunlaşacaq. Bundan sonra ölkədə Avro-5 standartına uyğun benzin istehsalı reallaşacaq. Belə olan təqdirdə də benzinin qiymətlərində eniş ola bilər. Çünki xaricdən aldığımız benzinlə daxildə istehsal olunan benzinin qiyməti arasında fərq olacaq".

Mənbə: Milli.Az

18 fevral 2015
GO BACK