Moldova Parlamenti Kirill Qaburiçin baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, parlament yeni Baş nazirin təqdim etdiyi proqramı və hökumətin yeni tərkibini də təsdiq edib.
Qeyd edək ki, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası bundan əvvəl Prezident Nikola Timoftiyə baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim etmişdi.
Xatırladaq ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.
Mənbə: Milli.Az