Milli.Az xəbər verir ki, bu haqda avropa.info-ya unversitetin müəllimləri məlumat veriblər. Müəllimlər buna qəribə səbəb göstəriblər.
Onların dediklərinə görə, universitetin rektoru dekabr ayından xaricə gedib və hələ də geri qayıtmayıb. Üstəlik də, xaricə gedərkən Unversitetin möhürünü özü ilə aparıb.
"Rektor Asəf İsgəndərov möhürü də götürərək gedib xaricə. O, sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onsuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da, əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk. Artıq iki aydır kreditlərimizi də verə bilmirik".
Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.
Mənbə: Milli.Az