Qadin.NET / Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü

Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü

 

 

Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişməsi nəticəsində şimal regionun bəzi yaşayış məntəqələrində temperatur - 10 dərəcəni ötüb.Bu barədə APA-ya Quba Regional Hidrometeorologiya müəssisəsindən 
verilib.
Qubanın Qırız yaşayış məntəqəsində - 12, Xınalıqda - 11, Qonaqkənddə - 8,6 dərəcə temperatur müşahidə olunur. Quba rayonunun mərkəzində - 4,5, Qusarda isə - 5,3 dərəcə temperatur qeydə alınıb.
Ən çox yağıntı isə rayonun Qonaqkənd yaşayış məntəqəsinə düşüb. Burada qarın hündürlüyü 7 sm-ə çatır.
Regionun bəzi yaşayış məntəqələrində yağıntı davam edir.

Mənbə: Milli.Az

18 fevral 2015
GO BACK