Azərbaycanda ölkəyə mobil telefonların idxalı zamanı xüsusi şərtlər tətbiq olunacaq. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Rabitə Nazirliyi müvafiq dövlət strukturları ilə birlikdə tədbirlər planı hazırlayıb.
Nazir hesab edir ki, Azərbaycanda pərakəndə elektron kommersiya böyük sürətlə inkişaf edir. Əgər 2013-cü ildə elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil edirdisə, 2014-cü ildə bu göstərici 20 milyon manata çatıb: "Р•lektron kommersiya ölkə əhalisi arasında böyük populyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı hazırlamışıq və plan mobil telefonların idxalı ilə bağlı xüsusi rejimin tətbiqini nəzərdə tutur. Digər istehlak mallarının elektron ticarətinə gəldikdə, bu planda heç bir problem olmayacaq”.
Mənbə: Milli.Az