Qadin.NET / Manat yenə ucuzlaşdı

Manat yenə ucuzlaşdı

Manat yenə ucuzlaşdı
Azərbaycan manatının ucuzlaşması bu gün də davam edib.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb.
Belə ki, dünən açıqlanan son rəsmi məzənnələrdə 1 ABŞ dolları 0,7853 AZN idisə, bu gün bu göstərici 0,7855-ə çatıb. 
Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Ötən gün 1 avro 0,8920 AZN olduğu halda bu gün həmin məzənnə 0,8959-a yüksəlib.
Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dünən əhaliyə müraciət edib. O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.
"Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər", - deyə Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur.

Mənbə: ANS PRESS

18 fevral 2015
GO BACK