Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və axşam yağıntının sulu qar və qarla qarışıq yağması gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyəək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
Mənbə: ANS PRESS