Qadin.NET / Ölüm-dirim savaşı başladı

Ölüm-dirim savaşı başladı

Ölüm-dirim savaşı başladı
Deboltsevoda mühasirəyə düşən Ukrayna ordusunun kiçik hissələri mühasirədən çıxmağa çalışır. 
ANS PRESS-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, separatçılar ordu mövqelərini fasiləsiz atəş altında saxlayır. Artıq 2000 nəfərlik 128-ci briqadanın 100-150 nəfərədək əsgərinin mühasirədən çıxdığı deyilir. Onlar odlu həlqəni yararaq Artemosvska çəkiliblər. 
Ukrayna Ordusu mühasirəni yarmaq üçün əlində olan texnikanı bir yerə cəmləyərək qarşı tərəfə atəş açır. Ancaq separatçıların fasiləsiz artilleriya atəşi mühasirə həlqəsini tam yarmağa hələ ki, imkan vermir. Mühasirədə olan 40-ci batalyonun 100-dək hərbçisinin də mühasidən çıxdığı bildirilir. 
Qeyd edək ki, bu səhər yayılan məlumatda mühasirəyə düşməmiş Ukrayna ordusunun Deboltsevodan geri çəkilməyə başladığı bildirilirdi.

Mənbə: ANS PRESS

18 fevral 2015
GO BACK