Türkiyənin Maisa vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, tarixi “Ulu cami” məscidinin qarşısındakı saat qüləsində olan saat naməlum şəxslər tərəfindən oğurlanıb.
Bildirilir ki, 1815-ci ildən işləyən saat son daha sonra xarab olsa da Manisa bələdiyəsi tarixi saatı bərpa edərək işlək vəziyyətə gətirmişdi.
Hadisə barədə açıqlama verən Manisanın bələdiyyə sədri bildirib ki, burdan sökülmüş saatdan başqa yerdə istifadə ehtimalı yoxdur:
“Bütün mexanizminin xüsusi olaraq hazırlatdığımız saat naməlum şəxslər tərəfindən oğurlanıb. Burdan sökülən saatdan başqa yerdə istifadə etmək ehtimalı yoxdur. Bu, qeydiyyata götürülmüş tarixi saatdır. Baş verən hadisəni kəskin şəkildə pisləyirəm. Bu, manisalıların malıdır...”.
Polis saatı oğurlayan oğruların tapılması və ələ keçirilməsi istiqamətində əməliyyata başlayıb.
Mənbə: ANS PRESS