Qadin.NET / Rusiya ilə savaş başlasın!

Rusiya ilə savaş başlasın!

 

Rusiya ilə savaş başlasın!

Ukraynada deputat və "Dnepr-1" polkunun komandiri Yuri Bereza Krımı yandırmaqla hədələyib.
ANS PRESS-in məlumatına görə, bu haqda Bereza yerli tok-şoulardan birinin efirində bildirib.
"Biz silahla Krıma gələcəyik və işğalçılar oranı tərk edəcək. İndi ordumuz həmin ordu deyil. Biz silah tətbiq edəcəyik və Krımı mədəni azad edəcəyik ", - deyə deputat bildirib.
"Dnepr-1" batalyonunun komandıri ölkəni Rusiyayla müharibəyə çağırıb.
"Heç kim bizim üçün vuruşmağa gəlməyəcək. Nə piyli Avropa gəlməyəcək, nə azad Amerika. Biz heç kəsə lazım deyilik. Bizdən başqa heç kəs bizi qorumayacaq. Ukraynanın kişilərini silahlandırmaq lazımdır. Müharibəyə hazırlaşmaq lazımdır", - deyə Yuri Bereza çağrış edib.

 

Mənbə: ANS PRESS

18 fevral 2015
GO BACK