Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 2-4° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 7-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

18 fevral 2015
GO BACK