Qadin.NET / Kremli satışa çıxardılar

Kremli satışa çıxardılar

Hakerlər Rusiyanın dövlət satınalmaları üzrə qurumun saytına hücum ediblər. Kremlin satışa çıxarıldığı barədə saytda məlumat yerləşdiriblər. 

Həmin məlumatda Kremlin Moskva şəhərinin Nijneserginsk bələdiyyəsi tərəfindən satışa çıxarıldığı deyilirdi. 

Saytda belə məlumat yerləşdirilmişdi: 

"Üçmərtəbəli, 1787-ci ildə kərpiclə inşa olunmuş tikilinin sahəsi 21289,9 kvadratmetrdir. Moskva, Kreml. Rusiya prezidenti Vladimir Putinin sabiq iqamətgahı. Bina restavrasiya olunub və əla vəziyyətdədir. Xüsusi rabitə vasitələri və mühafizə ilə təmin olunur. Novorossiyaya yardım etmək üçün vəsait çatışmadığı üçün təcili satışa çıxarılır". 

Kremlin ilkin lot qiyməti 30 rubl qeyd edilib. 

Mənbə:Milli.Az

17 fevral 2015
GO BACK