Qadin.NET / Bu ölkədə pulsuz evlər paylanacaq

Bu ölkədə pulsuz evlər paylanacaq

 

 

Şimali Koreya lideri xalqına mənzil müjdəsi verib

Şimali Koreya sabiq lideri Kim Çen İrin 73-cü ad günü qeyd edilib.Anspress-in məlumatına görə, Şimali Koreya lideri Kim Çen In 4 il əvvəl ölən atasının doğum günündə xalqına pulsuz mənzillər paylanacağı müjdəsini verib.Şimali Koreya lideri paytaxt Pxenyanda inşa edilən nəhəng mənzil layihəsinə təyyarəsiylə havadan baxış keçirib. Kimə təyyarədə yüksəkvəzifəli komandirlər də yoldaşlıq ediblər.Kareya lideri daha sonra binaların inşa olunacağı əraziyə gedərək səlahiyyətlilərdən tikinti ilə bağlı məlumat alıb.Qeyd edək ki, Şimali Koreyanın sabiq lideri Kim Çen İrin ad günü ölkədə böyük canfəşanlıqla qeyd edilir. Paytaxtda isə atəşfəşanlıq nümayiş etdirilib. 16 fevral Şimali Koreyada "Parlayan Ulduzun Günü" adı altında qeyd edilir.

Mənbə: Milli.Az

17 fevral 2015
GO BACK