Qadin.NET / Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT

Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT

 

 

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi Yerin fırlanmadığını deyib.Sələfilərin lideri hacı Qamət Süleymanov "Qafqazinfo"ya açıqlamasında bu fikrə münasibət bildirib. 
Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib: “Yer kürəsinin fırlanması haqda islam alimləri deyiblər ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad ediblər. Məsələn, “Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər buradan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır. 
Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, özü bir neçə saata gələcək. Alimlərin gəldiyi nəticə budur”.
Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığını deyib.

Mənbə: Milli.Az

17 fevral 2015
GO BACK