Qadin.NET / Əmək pensiyaları ilə bağlı şərtlər dəyişdiriləcək

Əmək pensiyaları ilə bağlı şərtlər dəyişdiriləcək

 

 

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.Trend-in məlumatına görə, komitənin iclasında “Uşaq hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər

müzakirə edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda uşaq hüquqları və əmək pensiyalarına dair qanunvericilikdə vətəndaşlıqdan çıxma ilə bağlı şərtlər dəyişdirilir.
Dəyişiklilər ötən ilin yaz sessiyasında qəbul olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlıdır.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, hər iki qanunun müvafiq maddələrində “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz olunur.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: Milli.Az

17 fevral 2015
GO BACK