Qadin.NET / Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb

Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb

 

 

Azərbaycanda yenitörəmələrdən, tənəffüs orqanlarının xəstəliklərindən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlərin sayı artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü illə müqayisədə 2014-cü ildə qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı azalıb.
2014-cü ildə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 60,1 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 12,6 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,9 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 3,6 faizini, infeksion və parazitar xəstəliklərdən ölənlər ümumi ölənlərin 0,9 faizini, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 12,7 faizini təşkil edır.
2013-cü ildə isə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 63,2 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 11,7 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarıcı səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,1 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 2,8 faizini, infeksiyon və parazitar xıstəliklərdən ölənlər ümumi ölənlərin 1,1 faizını, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 11,9 faizini təşkil edir.
Qeyd edək ki, ötən il ölkədə 55,6 min ölüm halı qeydə alınıb.

Mənbə: Milli.Az

17 fevral 2015
GO BACK