Qadin.NET / Vətəndaşların nəzərinə !

Vətəndaşların nəzərinə !

Vətəndaşların nəzərinə !
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astara şəhərində vətəndaşları qəbul edəcək. 
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul 20 fevral 2015-ci il tarixində Astara şəhərində, Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da keçiriləcək.
Qəbulda yalnız Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyətilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Astara şəhəri, Nizami küçəsi 5) 19 fevral 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mənbə: ANS PRESS

17 fevral 2015
GO BACK