Ötən gün Azərbaycanın Mərkəzi Bankı məzənnə siyasətini dəyişdiyini bəyan etdi.
"Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir", - məlumatda deyilir.
Milli.Az xəbər verir ki, Day.Az saytı həmin dəyişikliyin nəyə gətirib çıxaracağını araşdırıb.
Siyasətin dəyişməsi? İki valyutalı səbətin dəyərinə hədəflənmək?
Bu günə qədər Mərkəzi Bank manatı ABŞ dolları ilə bağlayıb. Məzənnə artırsa və azalırsa, tənzimləyici bazardan dollarları alır və ya satırdı ki, lazımi məzənnə qorunsun. 2015-ci ilin əvvəlindən ötən günə qədər manatın rəsmi məzənnəsi dəyişmirdi - 1 dollar 0,7844 manat olaraq qalırdı. Ötən gün isə məzənnə 0,7848 AZN/USD olub. Bu gün isə bir dollar 0,7853 manat təşkil edib.
İndi Mərkəzi Bank avronu da nəzərə alacaq. Dollar və avro həmin iki valyutalı səbəti təşkil edəcək. Bu səbətin dəyəri isə Mərkəzi Bank üçün manatın real məzənnəsi üçün oriyentir olacaq. Sadə dillə desək, indi tənzimləyici valyuta almaq və satmaq barədə qərar verəcək.
Yarı dollar, yarı avro?
Mərkəzi bank avro və dollar bölgüsünün necə olacağını açıqlamayıb. Dollar və avronun hansı proporsiyalar əsasında bölündüyü bilinmir. Müqayisə üçün deyək ki, Rusiyanın valyutalı səbəti 0.55 dollarla 0.45 avro kimi bölünüb.
Mərkəzi bankın sədri Elman Rüstəmov "Financial Times"-a açıqlamasında bildirib ki, xarici ticarətdə dolların payı 20-30 faizdir.
Mənbə: Milli.Az