Qadin.NET / Ordu əks-hücuma keçir

Ordu əks-hücuma keçir

Ordu əks-hücuma keçir
Ukraynanın şərqində yenə də atışma səsləri eşdilir. ANS TV-nin məlumatına görə, Uqleqorsk şəhərində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında döyüşlər olub. Anti-terror əməliyyatçıları üsyançıların mövqelərini top atəşinə tutub. Döyüşlər zamanı Kiyev qüvvələrinin mühasirəyə düşdüyü bildirilir. 
Məlumata görə, ukraynalı əsgərlər Debaltsevo şəhərini geri qaytarmaq üçün irimiqyaslı hücumlara hazırlaşırlar. Ukraynada münaqişələr başlayandan indiyə kimi 5600-dən çox insan ölüb. Birləşmiş Millətlər Təşkilatı bu barədə açıqlama verib.
Bir müddət əvvəl Belarusun paytaxtı Minksdə əldə olunan atəşkəs razılaşmasının icra olunmaması danışıqlarda iştirak edən Avropa rəsmilərini narahat edir. Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında vəziyyətə dair telefon danışıqları olub. Merkel gərginliklə əlaqədar həyəcan təbili çalıb. Rəsmilər Debaltsevoda monitorinqə imkan yaradılması üçün çağırışlar ediblər.

Mənbə: ANS PRESS

17 fevral 2015
GO BACK