Qadin.NET / Tarix İnstitutu səhvini düzəltdi

Tarix İnstitutu səhvini düzəltdi

 

 

Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun saytında Ağdamın işğal tarixi ilə bağlı texniki səhv aradan qaldırılıb. Bu barədə APA-ya A.Bakıxanov adına Tarix İnstitutunun direktor müaviniCəbi Bəhramov məlumat verib.
C.Bəhramovun sözlərinə görə, sayt üzərində ciddi iş görülür: “Hazırda Tarix İnstitutunun saytında çox ciddi iş aparılır. Bildiyiniz kimi, baş vermiş hadisə sırf texniki səhvin nəticəsi idi. Bu da artıq aradan qaldırılıb”.
Qeyd edək ki, texniki səhv nəticəsində institutun saytında Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993) işğal olunduğu qeyd olunmuşdu.

Mənbə:Milli.Az

16 fevral 2015
GO BACK