Qadin.NET / Sənədsiz ev probleminə son

Sənədsiz ev probleminə son

Sənədsiz ev probleminə son
Bakıda fərdi yaşayış sahələrinin sənədləşdirilməməsi problemlər yaradır.ANS TV-nin məlumatına görə, az qala hər gün paytaxtın bir rayonundan söküntü sorağı gəlir. Vətəndaşların 20-30 ildən artıqdır ki tikib yaşadığı evlər loru dillə desək plana düşür. Yəni hansısa dövlət əhəmiyyətli tədbir üçün onlar sökülür. Elə bütün narazılıqlar da bu zaman başlayır. Çünki evlərin sənədli və sənədsiz olması söküntü zamanı verilən kompensasiyaya əsaslı şəkildə təsir edir. İstər Sabunçu, istərsə də Nizami rayonunda magistral yolun ərazisinə düşən evlərə verilən məbləğə edilən etiraz kimi.
Problemi hüquq müstəvisində həll etmək mümkündür. Mütəxəssislər hesab edirlər ki vətəndaşların öz səhlənkarlığı, yəni vaxtında min bir zəhmətlə tikdiyi evi sənədləşdirməməsi bu gün belə problemlərə yol açır. Vətəndaşlar isə evlərin sənədləşdirilməməsində müvafiq icra hakimiyyətlərini qınayırlar. Yəni tikilən evə çıxarış almaq üçün az qala hər gün müvafiq qurumlara ayaq döyürlər. Amma nə fayda. Nə 20-30 il əvvəlki, nə də indiki tikililər üçün sənəd almaq elə də asan deyilmiş. Bunu Əmlak Bazarı İctimai Birliyinin sədri Ramil Osmanlı da təsdiq edir. Onun sözlərinə görə, keçmiş tikililərə sənəd almaq üçün ilkin prosedur kimi vətəndaş əmlakın arxiv fonduna müraciət etməlidir. Hazırki tikililərə gəlincə bunun üçün müvafiq qurumlardan fərdi yaşayış sahəsinin tikintisi üçün icazə alınmalı və bütün zəruri sənədlər rayon icra hakimiyyətinə təqdim olunmalıdır.
Məsələnin hüquqi müstəvidə həlli də mümkündür. Yəni evini sənədləşdirmək üçün get-gələ salınan vətəndaş məhkəmə orqanlarına müraciət edə bilər. Hüquqşünas Müzəffər Baxışovun fikrincə bu gün plana düşən ərazilərdəki evlərin əksəriyyəti sənədsizdir. Zamanında həmin evlərə çıxarış alınsaydı bu gün onlar da sənədli evlər kimi yüksək kompensasiya ala bilərdi. O ki qaldı vətəndaşlara bu istiqamətdə yaradılan bürokratik əngəllərə, buna da çıxış yolu var.
Gələcəkdə bu cür problemlərlə üzləşməmək üçün hüququmuzu bilməliyik. Evlərin sənədləşdiriməsinə elə tikintiyə icazə verilən zamandan başlamalıyıq.

Mənbə: ANS PRESS

16 fevral 2015
GO BACK