O bildirib ki, görüş gələn ay Bakıda baş tutacaq. Nazir xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə, Azərbaycan və İran arasında üçtərəfli formatın olduğunu xatırladıb və əlavə edib ki, növbəti görüş yaxın vaxtlarda İranda təşkil olunacaq.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi də Xəzər məsələləri üzrə xüsusi İşçi Qrupunun görüşü ilə bağlı danışıb: “Xəzər dostluq və əməkdaşlıq dənizidir. Gələn ay Bakıda görüş olacaq. Azərbaycanla Xəzər dənizinin statusu ilə bağlı danışıqlarımızı davam etdirəcəyik”,- deyə iranlı nazir bildirib.
Mənbə: ANS PRESS