Qadin.NET / İnfarkt keçirən xalq şairindən xəbər var

İnfarkt keçirən xalq şairindən xəbər var

 

 

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın səhhəti yaxşılaşıb.Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F.Qoca bu gün reanimasiya şöbəsindən palataya köçürüləcək: “Əməliyyata ehtiyac olmayıb, ürək damarlarını təmizləyiblər, indi özünü yaxşı hiss edir. Bu gün palataya köçürüləcək, yəqin, palatada iki gündən artıq saxlamazlar. Ən gec üç günə biz də yolunu gözləyirik”.Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq İstanbula aparıblar.

Mənbə: Milli.Az

16 fevral 2015
GO BACK