Qadin.NET / Dünya yenə onları izləyəcək

Dünya yenə onları izləyəcək

 

Dünya yenə onları izləyəcək

"Normand dördlüyü" çərçivəsində Ukrayna üzrə danışıqlar fevralın 16-da davam etdirilməlidir.ANS PRESS-in məlumatına görə, bunu "Normand dördlüyü" ölkələrinin liderləri Vladimir Putin, Fransua Olland, Angela Merkel və Pyotr Poroşenko bəyan edib.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
"Minskdə əldə olunan razılığa görə, Debaltsevo rayonu istisna olmaqla cəbhənin bütün istiqamətlərində atəş dayandırılmalıdır. Vladimir Putin, Angela Merkel, Fransua Olland, Pyotr Poroşenko qeyd edib ki, bölgədə monitorinq keçirilməsi üçün ATƏT-in xüsusi monitorinq missiyasına hər cür şərait yaradılmalıdır", - deyə xəbərdə bildirilir.
Məlumatda o da qeyd olunur ki, tərəflər fevralın 16-da "Normand formatı" çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri Donbasda atəşkəsin pozulması ilə bağlı telefon danışığı aparıblar. Ukraynanın münaqişə zonasında fevralın 15-dən atəşkəs elan edilib. Lakin bu sükut cəmi 50 dəqiqə çəkib.

 

Mənbə: ANS PRESS

16 fevral 2015
GO BACK