Bu gün Türkiyədə, əvvəl 3 nəfər tərəfindən zorlanan, sonra vəhşicəsinə öldürülərək yandırılan Özgecan Aslan üçün anma aksiyası keçiriləcək. ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, “Qadın cinayətlərini dayandıracağıq” platformunun sosial şəbəkədə “#OzgecanİcinSiyahGiy” (Özgecan üçün qara geyin) haştaqı ilə başlatdığı aksiyaya qoşulan bütün qadınlar bu gün qara geyinəcək. Çağırışda, aksiyaya sadəcə qadınların qoşulması rica olunub:
“Lütfən sadəcə biz qadınlar bazar ertəsi günü (16 fevral) hamımız qara geyinək. Biz bu dünyaya zorlanmaq, öldürülmək və ya zorakılığa məruz qalmaq üçün gəlməmişik. Qadın olmaq, qadın kimi yaşaya bilmək üçün gəlmişik. Güclü qalaq!”.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali mktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirtazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edan cəzasının bərpa olunması üçün işə başlayıb.
Mənbə: ANS PRESS